22 Sentyabr 2024
Ölkə futbolu

AFFA-dan klublara pul cəzası

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.9, 32);

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilir (maddə 43.4, 32);

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

24 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə Samir Abasova xəbərdarlıq edilir (maddə 11);

25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sumqayıt” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

25 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının IV turunun “Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə “Zirə” klubu 2000 manat cərimə edilir (maddə 73.3);


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43