Ölkə futbolu

AFFA Hesabat Konfransı keçirəcək: Tədbirin gündəliyi

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına  istinadən yaydığı xəbərə görə, görə, tədbir martın 6-ı, saat 11:00-da başlayacaq.

Artıq tədbirin gündəliyi də açıqlanıb:

– Prezident tərəfindən salamlama

– Yığıncağın tərkibinin yoxlanılması

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

– Maliyyə hesabatının təsdiq olunması

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

– Növbəti ilin büdcəsinin təsdiq olunması

– Hər hansı vakant vəzifəyə seçkilər

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması

– Digər məsələlər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43