22 Dekabr 2024
Kateqoriyasız

AFFA Hüseynovu futboldan 2 illik uzaqlaşdırdı

Yığmamızın veteran futbolçusu, “Səbail” komandasının məşqçisi Ramal Hüseynov AFFA tərəfindən ağır cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, Gənclər Liqasının  “Qarabağ”la oyununda stadiona giriş qadağası davam edən Ramal Hüseynov hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Buna görə onun klubuna xəbərdarlıq da olunub.

Qeyd edək ki, Ramal Hüseynov bir müddət əvvəl hakimləri təhqir etdiyinə görə 15 oyunluq cəzalandırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43