AFFA “Kayserispor”un futbolçusu Hasan Hüseyn Acarı milliləşdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib:
“Mənə təklif göndərildiyi doğrudur. Bu barədə düşünürəm. Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər”.
Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib.