AFFA tərəfindən Peşəkar Futbol Liqasına 300 ədəd top verilib.
İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu toplar Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçündür. Bu addım AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində atılıb.
Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində bu mövsümün startından öncə və daha əvvəlki iki mövsümdə klublara “Nike” topları təqdim olunmuşdu.