Kateqoriyasız

Avropa çempionatı: İki güləşçimiz yarımfinalda

Bu gün U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə start verilib.

Bu gün mübarizəyə başlayan 4 güləşçimizdən 2-si yarımfinala yüksəlib.

Zirəddin Bayramov (65 kq) bolqar Stilyan İliyevi tam üstünlüklə məğlub edib. Daha sonra o, türkiyəli Hamza Alacana qalib gəlib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.

Murad Yevloyev (70 kq) isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələyib – 4:4. Ancaq o, 1/4 finalda bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyəu uduzub.

İslam İlyasov (97 kq) gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macar Riçard Veqlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43