AFFA İsveç qələbəsi münasibətilə (3:0) millimizə vəd etdiyi mükafatı hələ də verməyib.
Federasiya həmin qalibiyyət üçün futbolçuların hər birinə 40 min manat “premya” söz verib. Ancaq matçın üzərindən aylar keçsə də, sözügedən məbləğ hələ də futbolçulara ödənilməyib.
A milli komanda ilə yanaşı, U-21 yığmamıza da vəd edilən pullardan xəbər yoxdur. Belə ki, oktyabr ayında 21 yaşlılardan ibarət Avropa seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburq qələbəsinə (3:2) mükafat sözü verilib.
Rəhbərlik bu qalibiyyət üçün hər oyunçuya 3 min manat vəd etsə də, üstündən 4 ay keçməsinə baxmayaraq futbolçulara heç bir ödəniş olunmayıb.
Həsən Quluzadə