Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarları çıxarıb.
Topaz Premyer Liqasının XXXIII turunun “Neftçi” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 nömrəli futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun 90-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.