27 Dekabr 2024
Milli komanda

AFFA-nın diqqətində olan futbolçu: “Milli ilə bağlı qərar verməmişəm”

Azərbaycan U-21 millisinin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü Hollandiya mətbuatına müsahibə verib.

AFFA-nın diqqət mərkəzində olan futbolçu milli komanda məsələsi ilə bağlı hələ yekun qərar vermədiyini dilə gətirib. Hollandiyanın U-19 yığmasında çıxış edən Kökcü bu sözləri deyib:

“Türkiyəli rəsmilərlə görüşmüşəm. Məni komandalarında görmək istədiklərini demişdilər. Ancaq U-19-a dəvət edirdilər. Buna görə də qərar verdim ki, Hollandiyada qalım. Ancaq əsas milli ilə bağlı qərar verməmişəm. Bu mövzuda məşqçim Marten Stekelenburqla söhbət edirəm. Hazırda Hollandiya yığmasında işlər yaxşı gedir. Çox yaxşı nəsil gələcək. Əgər qəlbini dinləsən, dorğu qərar verə bilərsən. İndi ürəyim Hollandiya ilə birgədi. Türkiyədən istədiyim diqqəti görmədim”.

Kökcü Hollandiyanın U-17 və U-18 komandalarında çıxış edib. Orkun hazırda U-19-un kapitanıdı. Gələcək vəd edən futbolçu bu mövsüm “Feyenoord”da 7 oyuna çıxıb və 2 qol vurub, 2 assist edib. O, bir müddət əvvəl Rotterdam təmsilçisiylə 2023-cü ilə qədər müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43