22 Dekabr 2024
Kateqoriyasız

AFFA “Sabah”a internetə görə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 22-ci turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Sabah” – “Zirə” oyununda hakimlər otağı internetlə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir.

1-ci divizionun 21-ci turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Hüseyn Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

21-ci turun MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

MOİK – “Qaradağ Lökbatan” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

MOİK klubunun futbolçusu Nurlan Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

21-ci turun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunur.

“Zaqatala” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 400 manat cərimə olunur.

“Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

21-ci turun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

21-ci turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunur.

21-ci turun “Səbail-2” – “Sumqayıt-2” oyununda “Səbail-2” komandasının futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Səbail-2” – “Sumqayıt-2” oyununda oyun öncəsi “Sumqayıt-2” komandasının nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43