21 Dekabr 2024
Kateqoriyasız

AFFA Stuxliklə vidalaşdı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Stuxlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43