AFFA İntizam Komitəsinin iclası keçirilib
İdmanxeber.az-ın məlumatına görə, son turda keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə yaşananlar üçün cəzalar açıqlanıb. Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Eyni zamanda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub əlavə olaraq 800 manat daha ödəyəcək.
Qarşılaşmanın 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunur.
Sözügedən görüşün 82-ci və 84-cü dəqiqələrində isə “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Ümumilikdə “Sumqayıt” klubuna “Neftçi” qarşılaşmasında yaşananlar üçün 5600 manat pul cəzası verilib.