Syerra-Leone millisinin üzvü Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Qazaxıstanın “Kaysar” komandasında forma geyinən 30 yaşlı futbolçu paytaxt təmsilçisi ilə razılığa gəlib.
Transfer dəyəri 400 min avro olan futbolçu “Kaysar” klubunda keçirdiyi 50 oyunda 1 qol vurub.