Ölkə futbolu

“Neftçi” yeni transferini açıqladı

“Neftçi” daha bir transferi rəsmiləşdirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”dən ayrılan Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper “ağ-qaralar”ın heyətində 30 nömrəli formanı geyinəcək.

Bunadək “Bakı”, AZAL, “Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə “Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, bundan əvvəl “Neftçi” mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43