Kateqoriyasız

Afrikalı oyunçu “Turan Tovuz”da – rəsmi

“Turan Tovuz” heyətini daha bir futboçu ilə gücləndirib
İdmanxeber.az-ın məlumatına görə, komanda Ben Aziz Dao ilə bir illik müqavilə imzalayıb.
23 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. Burkina Fasolu oyunçu ölkəsinin “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib.
Dao Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43