Kateqoriyasız

“Sumqayıt” növbəti legionerini transfer edib

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini həyata keçirib.

İdmanxeber.az “gənclik şəhəri” təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı toqolu futbolçu yeni komandasında “70” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, bu mövsümdən etibarən “Sumqayıt” klubu strategiyasını dəyişərək, legioner futbolçu transfer etməyə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43