Dünyadan

Albaniya – İsrail matçının keçiriləcəyi stadion dəyişdirilib

2018 FIFA Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində G qrupunda 12 noyabr – şənbə günü oynanacaq Albaniya-İsrail matçının stadionu "təhlükəsizlik" səbəbiylə dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, FIFA və Albaniya Futbol Federasiyası tərəfindən birgə verilən açıqlamada, qarşılaşmanın daha əvvəl açıqlanan İşkodra şəhərindəki Loro Boric stadionu əvəzinə "təhlükəsizlik" səbəbiylə Elbasan şəhərindəki "Elbasan Arena"da oynanacağı ifadə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43