“Müəyyən səhlərimiz oldu. Bununla belə bəxt də bizim tərəfimzidə deyildi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Panatinaikos” klubunun prezidenti Con Alafouzos Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” ilə cavab matçından (2:2) sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.
“Ağ-yaşıllar”ın başqanı daha sonra sözlərinə belə davam edib:
“Bu, alçaldıcı məğlubiyyət idi. Ancaq başqa yolumuz yoxdur, başımızı qaldırıb, yolumuza davam etməliyik. Baş məşqçimizə və futbolçulara güvənirəm”.