Ukraynanın “Olimpik” klubunda çıxış edən “Qəbələ”nin sabiq futbolçusu Aleksandr Qay 2015-ci ildə Avroliqanın qrup mərhələsində “Borusiyya” ilə olan görüşdə erməni futbolçu Henrik Mkitaryanın Bakıya gəlməməsindən danışıb. 36 yaşlı futbolçu bu cür şeylərin çox yanlış olduğunu söyləyib:
“Mkitaryanın Bakıya gəlməmə səbəbini bilirəm. İki ölkə arasında yaşananlar buna mane olub. Ancaq onu deyə bilərəm ki, bu cür şeylər futbola təsir etməməlidir. Mkitaryan niyə sevdiyi işdən məhrum olunmalıdırki ? O, torpaq işğal etməyib, ərazi iddiasında olmayıb. Sadəcə öz sevdiyi peşəsi ilə məşğul olur. Yenə də Bakıya gələ bilmir. Mənim üçün bütün bunlar anlaşılmazıdır”.