Kateqoriyasız

“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı dəqiqləşdi

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Almaniyanın “Herta” klubu ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. Çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab matçı Berlində “Vurfplats” stadionunda keçiriləcək. Noyabrın 28-də baş tutacaq “Herta” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43