“Bu an üçün necə də darıxmışdım. 11 aylıq çətin dönəmdən sonra ilk 60 dəqiqə. Uzun müddətdir gözlədiyim debütüm və ilk qələbəm. Sevdiyiniz işi yenidən etməyin o möhtəşəm hissini yaşayıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Aleksey Kaşuk “İnstagram” hesabından yazıb. O, daha sonra bunları qeyd edib:
“Qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik”.