İdman

Ali Palabıyık əsas milli komandamızın oyununu idarə edəcək

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qırğızıstan yoldaşlıq oyununa təyinatlar açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona Serkan Olquncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy (4-cü hakim) köməklik edəcəklər.

Qeyd edək ki, qarşılaşma 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43