İdman

“Papito” musiqisi canlı olaraq Qəbələdə ifa olunacaq

Dünyaca məşhur müğənni Seeya Azərbaycan kubokunun final oyununa dəvət olunub.

İdmanxeber.com-un məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının rəsmi “feysbuk” səhifəsi məlumat yayıb. “Papito” mahnısı ilə məşhurlaşan rumıniyalı ifaçı ölkə kubokunun “Keşlə” – “Qəbələ” oyunundan əvvəl konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, final matçı mayın 28-də Qəbələdə keçiriləcək. Oyunun başlama saatı 20:00-dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43