2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Portuqaliya millisinin üzvü Huqo Almeyda İspaniyanın "Atletiko" (Madrid) klubuna satılıb.
Türkiyə mətbuatına istinadən verdiyimiz xəbərə görə, hazırda "Beşiktaş"da çıxış edən ulduz futbolçunun qışda ispanlarla müqavilə imzalayacağı bildirilir. Hələ ki, bu barədə hər iki tərəfdən heç bir rəsmi açıqlama verilməyib.