Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş
tutacaq “Amedspor” – “Fənərbaxça” matçının keçiriləcəyi Diyarbakır şəhərinin rəhbərliyi
gözlənilməz qərar qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, əhalisinin böyük hissəsi
kürdlərdən ibarət olan şəhərin İdman Komitəsi sözügedən qarşılaşmada təhlükəsizliyi
təmin etmək üçün oyunun keçiriləcəyi stadiona azarkeşlərin və kənar şəxslərin
buraxılmaması qənaətinə gəlib. Bu barədə hər iki kluba məlumat verilib.
Qeyd edək ki, “Amedspor”un bir sıra ev və səfər oyunlarında bu
komandanın azarkeşləri xoşagəlməz hadisələrin yaşanmasına səbəb olub.