Amerika kubokunun qalibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Argentina – Braziliya – 1:0
Qol: Anxel di Mariya, 22
Bununla da Argentina 28 ildən sonra yenidən turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.