20 Sentyabr 2024
Ölkə futbolu

“Amerikada milli komandamızı yox, ancaq “Qarabağ”ı yaxşı tanıyırlar”

“Qarabağ”ı Amerikada yaxşı tanıyırlar. “Ludoqorets” qələbəsindən sonra Qurban Qurbanovla danışdım, onu təbrik etdim. Ümid edirəm ki, “Dinamo” görüşündən sonra da eyni hal təkrarlanacaq. “Qarabağ” mərhələni keçə bilər, futbolda hər şey olur. Çoxları elə bilir ki, 0:3 hesablı məğlubiyyətdən sonra hər şey bitib. Amma qətiyyən belə deyil”.

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq hücumçusu Elşən Qəmbərov Çempionlar Liqası pley-off mərhələsi cavab matçı çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu barədə danışarkən deyib. Hazırda Amerikada yaşayan həmyerlimiz “Bridgeview soccer academy Brooklyn New York” futbol məktəbinin təsisçilərindəndir. O, ABŞ-da da “Qarabağ”ı yaxşı tanıdıqlarını sözlərinə əlavə edib:

Burada klubumuzla maraqlanırlar. Düzünü deyim ki, milli komandamızı yox, ancaq “Qarabağ”ı yaxşı tanıyırlar. Xüsusilə də “Bayer” oyunlarından sonra. Mənim dostlarım yalnız azərbaycanlı deyillər. Onların arasında amerikalı, israilli, ukraynalılar var. Hamısı da “Qarabağ”ın uğurlarını görürlər, oyunlarını izləyirlər”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43