“Sumqayıt” klubu Azərbaycan millisinin futbolçusu Anatoli Niriyevi heyətinə qatıb.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq 27 yaşlı hücumçunun adını sifariş vərəqəsinə əlavə edib.
26 yaşlı futbolçu Rusiyanın hücumundan sonra Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək. O, yeni klubunda 91 nömrəli formanı geyinəcək.
Nuriyev bunadək vətənində “Kolos” klubunun şərəfini qoruyub.