22 Dekabr 2024
Kateqoriyasız

“Anderlext”in futbolçusu: “Hələ ki, hər şey öz əlimizdədir”

“Anderlext” klubunun futbolçusu Kara Mbodji Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun öncəsi fikirlərini söyləyib.

İdmanxeber.com-un məlumatına görə, o, bunları söyləyib:

“Mövsümün əvvəlində avrokuboklarda qışa qədər mübarizə aparmaq istədiyimizi bəyan etmişdik. Amma göründüyü kimi, bu missiyanı həyata keçirmək çox çətindir. Qrup mərhələsi çərçivəsindəki son oyunumuzda “Qarabağ”la qarşılaşacağıq. Hələ ki, hər şey öz əlimizdədir. Öz oyunumuzu göstərə bilsək, bu, nəticə qazanmağımıza kömək edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43