22 Dekabr 2024
Kateqoriyasız

“Anderlext”in futbolçusu: “Rəqib adi səhvi belə bağışlamır”

“Əlimizə düşən şanslardan istifadə edə bilmirik. Bu, həm çempionat, həm də avrokubokdakı oyunlarımıza aiddir. Ələ düşən imkanları qola çevirməliyik, amma bacarmırıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Anderlext”in yarımmüdafiəçisi Stiven Defur deyib.

“Sent Trüden”lə matçdan sonra yerli mediaya açıqlama verən futbolçu “Qarabağ”a qarşı keçiriləcək matç barədə də danışıb:

“Sent Trüden”lə oyunda xeyli qol şansımız oldu. Yaxşı oynayırıq, bəli, amma buna görə xal vermirlər. Xallar qazanmaq üçün daha çox qol vurmaq lazımdır. Çempionatda yenə xal itkisini sonradan sığortalamaq mümkündü. Ancaq Avropa Liqasında belə şans olmur. Bu səbəbdən “Qarabağ”la oyundan başlayaraq görüşlərdə əlimizə düşən şanslardan maksimum yararlanmalıyıq. Növbəti rəqibimiz olan “Qarabağ”ın sürətli əks-hücumlara çıxdığını bilirik. Odur ki, hücumda məhsuldar oynamaqla yanaşı, müdafiədə də ehtiyatlı olmalıyıq. Çünki belə yarışda rəqib adi səhvi belə bağışlamır”.

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” görüşü oktyabrın 1-də, saat 22:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43