“Futbolçularımızın bəziləri zədələnib. Buna görə də Andrea Pirlonu milliyə çağırdım”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.
Təcrübəli çalışdırıcı “Avro-2016″nın seçmə mərhələsində millimizlə oyun öncəsi keçirilən mətbuat konfransında yığmamızı analiz etdiklərini bildirib:
“Yarımmüdafiənin cinahları üçün beynimdə planlaşdırdığım futbolçular var. Oyunun gedişatına görə seçimimi edəcəyəm. Mənim üçün asan oyun yoxdur. Futbol hər yerdə inkişaf edir. Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar. Uşaqlar da bunu bilirlər. Təbii ki, Azərbaycan millisini analiz etmişik. Onların Bolqarıstan,Rusiya və ABŞ-la matçlarını izləmişik”.