“Neftçi” klubunun futbolçusu Anyetenin İdmanxeber.com-a müshaibəsi
– Oyun haqda fikirləriniz?
– Çətin bir oyun keçdi. Bilirdik ki, gərgin matç olacaq. Əsas odur ki, nəticə bizim xeyrimizə oldu. Fikrimcə, hakimlər iki təmiz penaltini vermədilər. Artıq hakimlərə təslim oluram. Referilər haqda danışmayacam. Çünki bunun mənası yoxdur.
– Bu matçı “böyük oyun” adlandırırlar. Oyundan əvvəl öz üzərinizdə təzyiq hiss etmirdiniz?
– Təzyiq deməzdim. Məncə, daha doğru söz köklənmə olardı. Belə oyunlardan əvvəl bilməlisən ki, səndən ikiqat uğur gözlənilir. Deməzim ki, üzərimdə böyük təzyiq var idi.
– Boş tribunalar önündə oyuna motivasiya olmaq çətin deyil?
– Birincisi mən deməzdim ki, tribunalar boş idi. Bu gün oyuna çox azarkeş gəlmişdi.
– Sizcə, Nikolas Kanalesin transferi “Neftçi”nin hücum xəttinin zəif olduğundan xəbər verir?
– Şəxsən bu futbolçunu tanımasam da xəbərim var ki, komandamıza transfer olunub. Əlbəttə, əgər komandaya yeni hücumçu alınırsa, deməli zəif nöqtə var. Mən özüm haqda deyə bilərəm ki, sırf forvard deyiləm.
– Kanalesin gəlişindən sonra hər hansı bir futbolçunun ehtiyat oyunçular skamyasına göndərilmə ehtimalı var…
– Bu, futboldur. Məşqçinin bütün qərarlarına hazır olmalıyıq.
– Növbəti oyun “Qarabağ”ladır…
– Əlimizdən gələni edəcəyik. “Qarabağ” haqda çox danışmağa ehtiyac yoxdur. Onlar Azərbaycanın ən güclü komandasıdır.