22 Dekabr 2024
Kateqoriyasız

Anyete “Neftçi”yə gəldiyinə görə peşmandı

“Neftçi”nin futbolçusu Salas Quinta Antonio (Aniete) “Avro-2016″nın seçmə mərhələsində milli komandaların oyunları ilə əlaqadar Premyer Liqamızda yaranan fasilədən istifadə edərək yenidən Bolqarıstana qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı futbolçu sabiq komandası “Levski”nin ölkə çempionatının 11-ci turunda “Liteks”lə keçirilən oyununu (2:1) stadiondan canlı izləyib.

“Levski”nin idman direktoru Georgi İvanovla görüşən Anyetenin yenidən sabiq klubuna qayıtmaq istədiyi bildirilir. Bu barədə danışan İvanov xəbəri təsdiqləyib: “Bəli, doğru məlumatdır. Anyete mənimlə danışdı və yenidən “Levski”yə qayıtmaq istədiyini bildirdi. Onun “Neftçi” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Nələr olacağını görəcəyik”.

Qeyd edək ki, yay transfer dönəmində “Levski”dən “Neftçi”yə keçən 30 yaşlı futbolçunun Bakı klubunda xoşbəxt olmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43