Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov matçdan sonra bu fikirləri səsləndirib:
“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.