Topaz Premyer Liqasının IX turu “Qəbələ”də start götürdü. Açılış oyununda “Sumqayıt” səfərdə “Qəbələ”yə 1-3 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov matçdan sonra bu fikirləri səsləndirib:
“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ” bu gün qələbəyə layiq deyildi”.