Albaniya prezidenti İlir Meta “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli barədə danışıb. Ölkə başçısı albaniyalı futbolçu haqda xoş sözlər deyib:
“Bir neçə gün əvvəl Bakıda tanınmış futbolçumuz Ansi Aqolli ilə görüşmək fürsətim oldu. Azərbaycanın ən güclü komandası olan “Qarabağ”da keçirdiyi 10 ilə yaxın müddətdən sonra əvvəlki dövrlərdən fərqli, bir qədər həyəcanlı idi. Təkcə mən yox, Bakıda olan istənilən vətəndaşımız Albaniyanı təmsil edir. Amma əminəm ki, Ansi barədə hamı ən xoş fikirlər səsləndirir. O, bizim Bakıdakı ən yaxşı səfirimiz idi”.
Ansi Aqolli 9 illik “Qarabağ” karyerasından sonra ABŞ klubu “Nyu-York Kosmos”a keçib.