Xəbər verdiyimiz kimi Nərmin Hüseynli və Vüqar Feyzullanın ağır xəstəlikdən xilası üçün başladılan yardım aksiyalarına bəzi klublarımız da qoşulub
İndiyə qədər “Qəbələ”, “Qarabağ”, “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” müxtəlif sayda imzalı formaları verməklə aksiyaya dəstək göstəriblər.
Yaxın günlərdə həmin formalar satışa çıxarılacaq. Ancaq indidən “Neftçi”nin iki əsas oyunçusu – Araz Abdullayev və Flavinyo auksionda iştirak edəcəyini bildirib.