26 Dekabr 2024
Müsahibə

“Araz-Naxçıvan”ın “katyuşa”sı: “Hər dəfə meydana qol vurmaq eşqi ilə çıxıram” – MÜSAHİBƏ

Bu gün “Şuşa”nı evdə qəbul edən “Araz-Naxçıvan” minimal hesablı qələbə qazandı. Matçda yeganə qolun müəllifi olan Elmin Çobanovun müsahibəsini təqdim edirik:

– Elmin, əvvəla təbrik edirik ki, komanda bu gün qələbə qazandı.

– Çox sağ olun. Bütün bu qələbəyə sevinənləri də mən öz adımdan və komandamız adından təbrik edirəm.

– Ümumilikdə, rəqibi necə dəyərləndirərdin?

– Rəqib heç də zəif deyildi. Maraqlısı odur ki, bu il birinci divizonda bir-iki komandanı çıxsaq, qalan komandalar hamısı güclü heyətə malikdirlər. Ona görə də biz hər oyuna sonuncu matç kimi çıxırıq.  

– Artıq "Araz-Naxçıvan"da qol hesabını açmısan və aktivində 4 qol var. Qolların davamı gələcək? Azarkeşlər səndən bunun davamını gözləsin?

– İnşallah. Allahın köməyi ilə axrıncı yox, axarıncı qol olacaq.

"Araz-Naxçıvan" azarkeşləri komandanın futbolçuların hərəsinə bir ləqəb qoyub. Onlar səni komandanın "katyuşası" adlandırır. Bunun da mənası odur ki, əsasən rəqiblərin qapısına uzaq məsafələrdən qollar vururusan. Bu ləqəb sənə necə təsir bağışlayır?

– Əlbəttdə gözəl təsir bağışlayır. Deməli nə isə etmişəm ki, onlar bu ləqəbi mənə veriblər. Bu həm də məsuliyyətdir. Çalışacağım ki, onların bu etimadını doğruldum.

– Elmin, “ev” oyunlarında azarkeş sarıdan korluq çəkməmisiniz. Səfər oyunları müxtəlif bölgələrdə keçirilsə də, artıq 2 (red. Qusar və Bakıda) oyundur ki, azarkeşlər sizi səfərdə də dəstəkləyir. Həmin oyunlarda necə, azarkeş amili oyununuza təsir edibmi?

– Əbəs yerə azarkeşlərə 12-ci oyunçu deyilmir. Qusarda “Şahdağ” və Bakıda MOİK-lə baş tutan görüşdə onlardan lazımi dəstəyi gördük və onları sevindirdiyimizdən xoşbəxtik. İnanıram ki, qarşıdakı Mingəçevir səfərində də onlar bizi tək buraxmayacaqlar.

– Qarşıda Mingəçevir “Energetik”i ilə, ardınca "Simurq"la kubok matçı var. "Simurq"u "offsayd"da salmaq mümkün olacaq?

– Məğlubedilməz komanda yoxdur. Bu gün “Simurq”un Premyer Liqada oynaması bizi qorxutmur. Komandamıza inanıram.

– Bu gün meydana çıxanda qol vuracağına ümidli idin, yoxsa təsadüf alındı?

– Nəinki bu gün, hər dəfə meydana qol vurmaq eşqi ilə çıxıram. İmkan düşəndə qol vurmağa çalışıram.  Məqsədim odur ki, məqşilər korpusunun mənə olan etimadını, inamını doğruldum. Əsas komanda qələbə qazanır və istəyimizə nail oluruq.

– Maraqlıdır, Elmin Çobanov bu qolu kimə həsr etdi?

– Ailə həsr edirəm. Çünki bu gün bir futbolçu kimi yetişməyimdə ailəmin rolu danılmazdır.

“Araz-Naxçıvan”ın rəsmi facebook səhifəsi

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43