Ölkə futbolu

“Araz Naxçıvan”ın yeni fan-klubu yaradıldı

“Araz Naxçıvan” klubunun daha bir fan-klubu yaranıb.

Artıq Bakıda “Araz-Naxçıvan”ın “Nəqşicahan” fan-klubu təsis olunub. 8 nəfərdən ibarət idarə heyəti formalaşdırılıb. Bəlkə də Azərbaycanda yeganə fan-klubdur ki, idarə heyətində qeyri-millətin nümayəndəsi də yer alıb.

Qeyd edək ki, fan-klubun adı demokratik yolla, səsvermə ilə seçilib və fan-klub yaranar-yaranmaz 20 nəfərdən artıq üzv qeydiyyatdan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43