Kateqoriyasız

Şər-böhtana YAZI(lı) cavab

Yalan danışmaq, yanlış informasiya yaymaq və bu tip digər nüanslar bəzi insanların gündəlik həyatının tələbatına çevrilib.

Bu yaxınlarda voleybolla bağlı bir xəbər diqqətimdən yayınmadı. Bu qədər təccübümə səbəb olan xəbərin məğzi isə Azərbaycan Voleybol Federasiyası (AVF) qadınlardan ibarət “Azəryol” komandasının geyimində Ermənistan bayrağındakı rənglərin təsvir olunması idi.

İlk öncə onu vurğulayım ki, bu qədər diqqətsiz olub, yanlış informasiya ilə oxucunu, hər bir azərbaycanlını aldatmaq, uğurları ilə vətənimizin bayrağını xarici ölkələrdə dalğalandıran kluba şər atmaq, bu azmış kimi "Azəryol"un prezidenti, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı və ən önəmlisi Aşıq Şəmşirin nəvəsi olan Cavid Qurbanovun imicinə xələl gətirmək haqq yolunda olmaq anlamına gəlmir. Klubun göstərdiyi uğurlar, qazandığı nəticələrmi sizi qıcıqlandırır? 

Mətləbdən uzaqlaşmamaq şərti ilə sizi bu məsələdən agah etmək qərarına gəldim. Deməli, "Azəryol"un geyiminin üzərindəki rəngləri kimsə Ermənistan bayrağına bənzədir və bu minvalla xəbər ölkə mətbuatına geniş şəkildə yayılır. Ancaq niyə bu məsələ öncə dəqiqləşdirilmir? Axı deyilənlər heç də həqiqəti əks etdirmir. İlk öncə bədnam qonşularımızın bayrağında 3 rəng olduğunu xatırladıb məsələni aydınlaşdırmağa çalışacam. Deməli, formanın üzərində 5 rəng: boz, qırmızı, göy, sarı və yenə qrımızı var. Bu rəngdə kimsə erməni bayrağı tanıyır? Yoxsa dığalar bayraqlarını dəyişib? 

Formanın üzərində olan 3 rəng qırmızı, göy və sarının ard-arda düzülməsi bu klubu sevməyənlərə bir bəhanə olub və həmin an bunu Ermənistan bayrağına bənzədiblər. Öncə bildirim ki, Ermənistan bayrağının üzərində 3 – qırmızı, göy və narıncı rənglər var. Çox maraqlıdır ki, foto üzərində bunu bəziləri sarı yox, narıncı rəng kimi görüb və "Ermənistan bayrağı, Ermənistan bayrağı" – deyə sevinməyə başlayıblar. Sizə təqdim edəcəyimiz fotoya diqqət edin. Dairəyə alınmış rənglər içərisində narıncı görəniniz varmı? Yoxsa, yenə qısqanclıq, paxıllıq, kin sizə sarı rəngi narıncı kimi göstərir.

 

Əgər həqiqətəndə bu formadakı rəngləri hansısa ölkə bayrağına bənzətmək istəyirsinizsə o zaman bunun üçün ən idealı Rumıniyadı. Rumıniya bayrağında olan 3 rəng – göy, sarı, qırmızı onların milli atributlarına həkk edilib. Bunun üçün sizə bir nümunə təqdim edirik.

 

P.S: Sonda onu da qeyd edim ki, "Azəryol" voleybol klubunun prezidenti Caviq Qurbanovun ailəsi Kəlbəcərin Ağdaban kəndində ən çox şəhid verən ailələrdən biri olub. Döyüşlərdə əzmkarcasına savaşan, vətənin müdafiəsi naminə hər şeyini qurban verən Cavid Qurbanov niyə görə sahibi olduğu klubun geyimində dığaların bayrağını əks etdirsin? Müharibə zamanı döyüşlərdən qaçmayaraq sona kimi mübarizə aparan, buna görə də yaxınlarını itirən Cavid Qurbanov məhz bu amiləmi görə onların bayrağını "Azəryol"un geyimində əks etdirsin? Heç olmasa şər-böhtanı doğru atın ki, özünüzü "yandırmayasız", el-aləm içində rüsvay etməyəsiz.  

Bu kiminsə şəninə tərif yox, reallıqdı.

Utanın bəylər, utanın…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43