20 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan”la oyunda hər kəsi qorxudan “Kəpəz”in futbolçusunun SON DURUMU

Misli Premyer Liqasının 6-cı turunun açılış matçında “Kəpəz” səfərdə “Araz Naxçıvan”a məğlub olub (0:1).

Matçın son dəqiqələrində qorxulu anlar yaşanıb. Künc zərbəsindən sonra ikili mübarizədə yerdə qalan Gəncə təmsilçisinin futbolçusu Yeqor Xvalkoya həkim müdaxiləsi lazım olub. 

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun dili qatlanıb. Xvalko MRT olunması üçün xəstəxanaya aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43