“Birinci hissədə əlimizdən gələn hər şeyi etdik, qol vurduq. Rəqib daha az hücum etdi, ancaq bizdən çox qol vurdu”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Arda Turan “Avro-2016″nın seçmə mərhələsində Çexiya ilə matçdan (1:2) sonra söyləyib:
“Futbolda yaxşı oynayana üç xal vermirlər. Qələbə qazanmaq üçün çalışmağımıza baxmayaraq, istədiyimizə nail ola bilmədik. İki-üç matçda qalib gəlsək, bizim üçün daha yaxşı olacaq. Çexiya kimi komandalara qarşı oyunlarda hesabda geri düşdükdən sonra meydanı üç xalla tərk etmək çox çətindir”.