Dünyadan

“Robben universallıqda Ronaldo və Messidən öndədi”

Hollandiya millisinin sabiq baş məşqçisi Bert van Marveyk Aryen Robben haqqındakı fikirlərini mətbuat nümayəndələrilə bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri səsləndirib:

“Baş məşqçi kimi Messi, Kriştiano Ronaldo və Robben arasında seçim etməli olsaydım, Robbeni seçərdim.

Bu trioda Robben universal futbolçudu. O, bu planda Ronaldo və Messidən öndədi. Ancaq heç kim belə şeylərə fikir vermir. Hücum və vurulan qollar ancaq diqqət çəkir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43