“Barselona”nın baş məşqçisi Luis Enrike Arda Turanın Kataloniya klubundakı ilk rəsmi oyunu barədə fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, ispan mütəxəssis türk yarımmüdafiəçinin oyununu bəyəndiyini deyib:
“Arda və Aleksin oyununu bəyədim. Arda matç zamanı yaxşı oyun nümayiş etdirdi. Oyunu müxtəlif cinahlara daşıdı”.