Futzal üzrə Azərbaycan II Liqasında çıxış edən “Hövsan” klubu çempionatından kənarlaşdırılıb.
İdmanxeber.az xəbər verir ki, buna komandanın üzrlü səbəb olmadan üçüncü dəfə oyuna gəlməməsi səbəb olub.
“Hövsan” matçların 50%-ni keçirdiyi üçün bütün qalan görüşlərdə kluba 0:5 hesabı ilə məğlubiyyət verilib.
Klub bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində qərardan apellyasiya vermək hüququna malikdir.