İdman

Argentina kubokunu sahibi müəyyənləşdi

Futbol üzrə Argentina kubokunun qalibi məlum olub.

Finalda “River Pleyt” komandası “Rosario Sentral” ilə üz-üzə gəlib.

Azarkeşlərin yeddi qola şahidlik etdiyi matçda sonda sevinən komanda “River Pleyt” olub – 4:3.

Qeyd edək ki, Argentinanın ən titullu klubu yarışın qalibi olmaqla gələn il keçiriləcək Cənubi Amerikanın Libertadores kuboku yarışında və Argentina superkubokunda iştirak etmək hüququ qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43