Dünya futbolu

Argentina millisinin azarkeşləri üçün sevindirici xəbər

“Roma”nın futbolçusu Paulo Dibala Qətərdə keçiriləcək mundialda Argentina millidinə kömək edə biləcək.

İdmanxeber.az-ın məlumatına görə, bir neçə həftə əvvəl dizindən zədə alan Dibala Qətərdəki keçiriləcək DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşmişdi. Həkim müayinəsindən keçən ulduz futbolçunun komandası ilə məşqlər edə biləcəyi bildirilib.

Argentina millisi qrup mərhələsində Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43