Argentina – İsveçrə oyununu isveçli hakim Jonas Erikson idarə edəcək.
İdmanxeber.com-un məlumatına görə, bu gün keçiriləcək İsveçrə – Argentina oyununu özbəkistanlı referi Rövşən İrmatov idarə etməli idi. Ancaq argentinalılar buna etiraz edərək hakimin dəyişilməsini tələb ediblər. Buna səbəb kimi isə DÇ-2010-un 1/4 finalında Almaniyaya məğlub olduqları oyunu xatırladıblar.
AFF nın müraciətini qəbul edən FIFA Rövşən İrmatovu J.Eriksonla əvəz edib.