21 Dekabr 2024
Ölkə futbolu

Arif Əsədov: “Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü”

Topaz Premyer Liqasının VII turunun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul etdi. Meydan sahibləri bu görüşdə 1-3 hesabı ilə məğlub oldular.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” baş məşqçisi Arif Əsədov oyundan sonra bu fikirləri səsləndirib:

“Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq.Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd edim ki, məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43