UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Aris” (Kipr) Bakıya yola düşüb.
İdmanxeber.az Kipr mətbuatına istinadən xəbər verir ki, Limassol təmsilçisi bu gün ölkəni tərk edib. Komandanı Bakıya gətirən təyyarə Larnakadan havaya qalxıb. Sabah Bakıda son məşqini keçəcək “Aris” bununla da oyuna hazırlığı yekunlaşdıracaq.
İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” matçı saat 21:00-da başlayacaq. Kiprdəki ilk oyunda “Aris” 2:0 hesablı qələbə qazanıb.